37 ildir dənizin 1700 metr dərinliyindədir - Hələ də təhlükə saçır – Fotolar

1989-cu ildə Norveç sahillərində batan Sovet İttifaqına məxsus "Komsomolets" nüvə sualtı qayığının hələ də radiasiya sızdırdığı məlum olub.

Bizim.Media NTV-yə istinadla xəbər verir ki, Norveç Radiasiya və Nüvə Təhlükəsizliyi Agentliyinin dərc etdiyi son hesabatda hazırkı radiasiya səviyyəsinin dənizdəki canlı aləmə hələlik ciddi ziyan vurmadığını bildirilsə də, gələcəkdə bu riskin daha da böyüyə biləcəyi barədə xəbərdarlıq edirlər.
 

"Komsomolets" Sovet İttifaqı tərəfindən layihələndirilmiş ən qabaqcıl texnoloji imkanlara malik nüvə hücum sualtı qayıqlarından biri idi. Təxminən min metr dərinlikdə hərəkət edərək nüvə raketləri buraxmaq gücündə olan bu gəmi, yeni hərbi sinfin ilk təmsilçisi olmalı idi. Lakin sonradan bu sinfə aid başqa bir sualtı qayıq istehsal edilmədi.


Faciə 7 aprel 1989-cu ildə qayıqda baş verən qəfil yanğından sonra yaşanıb. Heyət üzvləri gəmini suyun üzünə çıxarmağı bacarsalar da, təxminən beş saat dəniz səthində qalan sualtı qayıq daha sonra batıb.

Hadisə zamanı gəmidəki 69 nəfərlik heyətdən 42-si həyatını itirib. Batma anında baş verən güclü partlayış gəminin titan korpusunu parçalayıb və dəniz suyunun birbaşa nüvə torpedaları ilə təmas etməsinə səbəb olub.

Sualtı qayığın batması ekoloqlar və alimlər arasında böyük müzakirələrə yol açıb. "Greenpeace" fəalı Dmitri Litvinov hələ 1993-cü ildə "Komsomolets"i "Norveç dənizinin dibində saniyələri sayan saatlı bomba" kimi xarakterizə etmişdi.
 

Təhlükənin qarşısını almaq üçün 1995-1996-cı illərdə dəniz dibində xüsusi əməliyyat keçirilib, qayığın gövdəsindəki çatlar və torpeda bölmələri xüsusi materiallarla möhürlənib. Lakin bu izolyasiyanın ömrü cəmi 30 il üçün nəzərdə tutulmuşdu.


Son araşdırmalar həmin möhürləmə əməliyyatına rəğmən sızıntının davam etdiyini göstərir. Hazırda qayığın yerləşdiyi 1700 metr dərinlik hər hansı yeni xilasetmə və ya təmir işinin aparılmasını texniki baxımdan demək olar ki, qeyri-mümkün edir.

Nüvə başlıqlarında olan plutoniumun yarımparçalanma dövrünün təxminən 24 min il olduğunu nəzərə alan alimlər, bu ekoloji təhlükənin bəşəriyyət üçün hələ uzun əsrlər boyu davam edəcəyini vurğulayırlar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO