Fransanın keçmiş prezidenti, dövlət xadimi, müasir Fransa tarixinin ən nüfuzlu siyasətçilərindən biri olmuş general Şarl de Qollun nəvəsi və Millətlər Arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll Avropaya çağırış edib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Avropanın Rusiya ilə ittifaq qurmasına çox ehtiyacı var, çünki bu, sağlam düşüncədir.
"Hesab edirəm ki, babamın istədiyi kimi, Avropanın Rusiya ilə ittifaq qurması və əməkdaşlıq etməsi vacibdir, çünki bu, təcrübə məntiqidir. Rusiyasız dolana bilmərik. Avropa sanksiyaları yalnız avropalıların özlərini cəzalandırır”.
Pyer de Qoll həmçinin avropalıların fundamental dəyərlərə qayıtmalı olduqları fikrini ifadə edib.
"Mənəvi dəyərlərə, hörmət, vədlər, qarşılıqlı anlaşma, əməkdaşlıq dəyərlərinə qayıtmaq vaxtıdır", - deyə o izah edib.
Bizim.Media