ABŞ Prezidenti Donald Tramp təyin olunan vaxtda Ukraynaya səfər etməyə hazır olduğunu, lakin həmin vaxta qədər münaqişənin artıq başa çatmasını istədiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Mümkün səfərlə bağlı jurnalistlərin sualını cavablandırarkən Tramp "Mən müharibənin bitməsini üstün tutardım. ... Məxfi Xidmət buna heyran qalardı", — deyib. O, həmçinin "Bəli, mən Ukraynaya gedərdim", — deyə əlavə edib.
Tramp hələlik prezident qismində Ukraynaya səfər etməyib. Onun sələfi Co Bayden isə Rusiya ilə münaqişənin başlamasından təxminən bir il sonra — 2023-cü ildə Kiyevə gözlənilməz səfər etmişdi.
Bizim.Media