Şimali Koreya lideri Kim Çen In yeni inşa edilmiş "Kan Qon" esminesinin döyüş sistemlərinin sınaqlarını şəxsən izləmək üçün sınaq poliqonuna gəlib.
Bizim.Media xəbər verir ki, şlyapada görüntülənən ölkə rəhbəri gəminin imkanlarını yerində yoxlayıb.
Sınaq mərhələsində gəminin döyüş qabiliyyətini nümayiş etdirən bir sıra mühüm əməliyyatlar həyata keçirilib:
Strateji qanadlı raketlərin buraxılışı icra edilib, gəmi artilleriyasının dəqiqliyi yoxlanılıb, radioelektron mübarizə və hədəflərin aşkarlanması sistemlərinin effektivliyi qiymətləndirilib.
Testlərdən sonra hərbi rəhbərlərlə görüşən Kim Çen In gəminin bütün texniki yoxlamalarının yekunlaşdırılması üçün tapşırıqlar verib. O, "Kan Qon" esminesinin növbəti iki ay ərzində tam hazır vəziyyətə gətirilərək Hərbi Dəniz Qüvvələrinin (HDQ) tərkibinə qəbul edilməsini əmr edib.
Bu addım Şimali Koreyanın dəniz donanmasının modernləşdirilməsi və hərbi potensialının gücləndirilməsi istiqamətində atılan növbəti strateji addım kimi dəyərləndirilir.





Bizim.Media