İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? - Ali Məhkəmənin QƏRARI

İcarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırma işlərinə çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması tez-tez mübahisə doğuran məsələlərdəndir.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Ali Məhkəmənin Kommersiya Kollegiyası son qərarlarından birində bu məsələ ilə bağlı mühüm hüquqi mövqe ifadə edib.

Həmin işdə icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib.
 

Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.


Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə onun şərtləri tətbiq edilməlidir.

Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir.

Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və sözügedən maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.

Yəni tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir.
 

Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulub, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.


Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil.

Sahibkarlar üçün hüquqi tövsiyələr

Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir.

Müqavilədə:

- icarə obyektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi;

- icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gimnastlarımız Dünya çempionatında gümüş medal qazandı

Gimnastlarımız Dünya çempionatında gümüş medal qazandı

Ərdoğan anadan olduğu Rizəyə getdi - Qonşuları ilə görüşdü - FOTO

Ərdoğan anadan olduğu Rizəyə getdi - Qonşuları ilə görüşdü - FOTO

"Elit" polo klubu "Sea Breeze 2026" turnirinin qalibi oldu - FOTO

"Elit" polo klubu "Sea Breeze 2026" turnirinin qalibi oldu - FOTO

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Səudiyyə Ərəbistanı dünya neft tədarükünün 4%-dən məhrum ediləcək?

Səudiyyə Ərəbistanı dünya neft tədarükünün 4%-dən məhrum ediləcək?

Alimlər ilk dəfə suyun "şüşəyə" çevrilməsini müşahidə etdilər

Alimlər ilk dəfə suyun "şüşəyə" çevrilməsini müşahidə etdilər

Bakıda kanalizasiya borusu partladı - VİDEO

Bakıda kanalizasiya borusu partladı - VİDEO

Çimərlik polosu üzrə "See Breeze 2026" turnirində bürünc medalın sahibi BƏLLİ OLDU - FOTO

Çimərlik polosu üzrə "See Breeze 2026" turnirində bürünc medalın sahibi BƏLLİ OLDU - FOTO

Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu - FOTO

Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu - FOTO

Vergi xidmətinin əməkdaşı vəfat etdi - FOTO

Vergi xidmətinin əməkdaşı vəfat etdi - FOTO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

Bu il Atlantika okeanında bir dənə də olsun qasırğa formalaşmayıb - REKORD

Bu il Atlantika okeanında bir dənə də olsun qasırğa formalaşmayıb - REKORD

Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Ərdoğan Suriyaya səfər edəcək - Hazırlıq görülür

Ərdoğan Suriyaya səfər edəcək - Hazırlıq görülür

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Pekində heç kəs drondan istifadə edə bilməyəcək - Qadağa qoyuldu

Pekində heç kəs drondan istifadə edə bilməyəcək - Qadağa qoyuldu

Mingəçevirdə 9 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi - FOTO/VİDEO

Mingəçevirdə 9 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi - FOTO/VİDEO

Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Qərb Rusiya ilə müharibə aparsa, havadakı üstünlüyünü itirəcək

Qərb Rusiya ilə müharibə aparsa, havadakı üstünlüyünü itirəcək

Sabah Hörmüz boğazına dair razılaşmaya imza atılacaq - Pezeşkian

Sabah Hörmüz boğazına dair razılaşmaya imza atılacaq - Pezeşkian

End of content

No more pages to load

RADİO