Polina Rəhimova: "Millidə məşqçi kimi işləməyə hazıram"

Azərbaycanın voleybol millisindəki karyerasını başa vuran Polina Rəhimova yığmada məşqçi kimi fəaliyyət göstərməyə hazırdır.

Bizim.Media xəbər verir ki, təcrübəli idmançı azarkeşləri komandanı dəstəkləməyə çağırıb.

"Xahiş edirəm, milli komandanı dəstəkləməyə davam edin. Mən isə voleybola son nöqtəni qoymuram. Ehtiyac olarsa, milli komandaya dəvət olunaramsa, məşqçi kimi kömək etməyə hazıram. Və hər kəsi yay düşərgəsinə dəvət etmək istəyirəm. Üç həftə ərzində 3 müxtəlif yaş qrupundan olan uşaqlar üçün "ustad dərsləri" keçəcəyəm. Hamınızı orada görməyə çox şad olardım", deyə o, əlavə edib.

P.Rəhimova karyerasında ona dəstək olanlara təşəkkür edib:

"Milli komandadakı karyeramı başa vurdum. Yığmada 15 il çıxış etdim. 4 dəfə olimpiadanın təsnifat mərhələsində, 2 dəfə dünya çempionatında, 9 dəfə Avropa çempionatının final mərhələsində oynadım. Xal baxımından dünya rekorduna imza atdım. Bu rekordla ölkəmizin bayrağını mümkün qədər yüksəyə qaldırdım, çünki hələ də bu rekordu heç kim yeniləməyib.

Arzulayıram ki, gənclərdən ibarət yığmamız daha da inkişaf etsin. Hazırda komandada yerli oyunçular var, bu çox dəyərlidir, çox yaxşı haldır. Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur. Bu, çox qürurvericidir, insanı ruhlandırır. İnsanlar bu işlə məşğul olurlar. Mən də şadam ki, buna töhfə verə bildim. Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun".

Xatırladaq ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin formasını geyinib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Çağırış yaşlı ukraynalı kişilər evlərinə qayıtmalıdır - Almaniyalı siyasətçi

Səudiyyə Ərəbistanı dünya neft tədarükünün 4%-dən məhrum ediləcək?

Alimlər ilk dəfə suyun "şüşəyə" çevrilməsini müşahidə etdilər

Bakıda kanalizasiya borusu partladı - VİDEO

Çimərlik polosu üzrə "See Breeze 2026" turnirində bürünc medalın sahibi BƏLLİ OLDU - FOTO

Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu - FOTO

Vergi xidmətinin əməkdaşı vəfat etdi - FOTO

Ukrayna Rusiyanın PUA anbarlarına və buraxılış məntəqələrinə zərbələr endirdi - VİDEO

"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

Bu il Atlantika okeanında bir dənə də olsun qasırğa formalaşmayıb - REKORD

Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Ərdoğan Suriyaya səfər edəcək - Hazırlıq görülür

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir - FOTO

Pekində heç kəs drondan istifadə edə bilməyəcək - Qadağa qoyuldu

Mingəçevirdə 9 mərtəbəli binada yanğın: Sakinlər təxliyyə edildi - FOTO/VİDEO

Dublində Trampın səfərinə qarşı etiraz aksiyası əsl şouya çevrildi – VİDEO

Qərb Rusiya ilə müharibə aparsa, havadakı üstünlüyünü itirəcək

Sabah Hörmüz boğazına dair razılaşmaya imza atılacaq - Pezeşkian

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

Qərb qoşunları Ukraynaya yeridiləcək? - Kremlin REAKSİYASI

Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq

End of content

No more pages to load

RADİO