Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin dəniz akvatoriyasında pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün yeni müdafiə xətti yaradılacağını elan edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu sistem çərçivəsində dronlar müxtəlif platformalardan, o cümlədən dəniz pilotsuz sistemlərindən havaya qaldırılacaq.
Sözügedən müdafiə xətti ilk növbədə Odessa şəhərini və bütün regionu düşmənin hava hücumlarından qorumaq məqsədi daşıyır.
Gələcəkdə formalaşdırılacaq bu unikal donanma hərbi gəmiləri, aviasiyanı, həmçinin suüstü və sualtı pilotsuz aparatları vahid bir sistemdə birləşdirəcək.
Bizim.Media