Avropa İttifaqı Cənubi Qafqazın sülh içində, firavan və parlaq gələcəyə inanır.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında Bakıya səfərinə dair paylaşımında bildirib.
“Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik. Mən, həmçinin ticarətdən nəqliyyata, enerjidən iqtisadiyyata qədər müxtəlif sahələrdə Aİ–Azərbaycan tərəfdaşlığını daha da dərinləşdirmək üçün Bakıdayam”, - o qeyd edib.

Bizim.Media