Bu daşın qiyməti qramına 5000 dollara çatır - Onu hər kəs tapa bilər

Meteoritlər həmişə yalnız astronomiya həvəskarlarının deyil, adi insanların da diqqətini çəkib.

Bir çoxları maraqlanır ki, əgər kosmik daş parçası onların qarşısına düşsə, bundan nə qədər gəlir əldə etmək olar? 

Bizim.Media xəbər verir ki, bu barədə "rynekzdrowia.pl” portalı yazıb.

Meteoritlər həm kolleksiya, həm də elmi baxımdan böyük dəyərə malikdir. Bəziləri kimyəvi tərkibinə və mənşəyinə görə qızıldan belə daha qiymətli hesab olunur.
 

Meteorit muzeyinin direktoru və bu sahədə kolleksiyaçı olan Ştefan Dekerin sözlərinə görə, meteoritlərin qiyməti qramına təxminən 1 avrodan 5000 avroya (təxminən 5000 ABŞ dollarına) qədər dəyişə bilər. Müqayisə üçün qeyd edilir ki, hazırda 999 əyarlı qızılın bir qramının qiyməti təxminən 120 avrodur.


Meteoritin dəyəri bir neçə əsas amildən asılıdır. Onun kimyəvi və mineral tərkibi, qorunma vəziyyəti, tapıntının nə qədər yeni olması və həmin meteorit növünün nadirliyi əsas rol oynayır.

Məhz bu xüsusiyyətlərin birləşməsi bəzi kosmik daş parçalarının kolleksiya bazarında rekord qiymətlərlə satılmasına səbəb olur.

Ən çox tələbat olan nümunələr arasında nadir minerallar ehtiva edən meteoritlər, həmçinin Ay və ya Mars mənşəli hesab olunan parçalar yer alır.

Tapılan meteorit həmişə onu tapan şəxsə məxsus olmur. Bir çox ölkədə tətbiq olunan qaydaya əsasən, meteorit onun düşdüyü torpaq sahəsinin sahibinə aid hesab edilir. Bu torpaq həm özəl, həm də ictimai mülkiyyət ola bilər.

Lakin bəzi hallarda istisnalar mövcuddur. Əgər tapıntı xüsusi elmi əhəmiyyət daşıyırsa, dövlət orqanları onu milli sərvət kimi müsadirə edə bilər.

Qeyd edək ki, alimlər daha əvvəl Mars mənşəli meteorit nümunəsini tədqiq edərkən həmin planetdən gətirilmiş materiallarda indiyədək qeydə alınmamış yeni mineral kristalları aşkar etmişdilər. (qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

End of content

No more pages to load

RADİO