Hörmüz boğazından keçid üçün rüsum TƏLƏB OLUNMAYACAQ

Omanın xarici işlər naziri Bədr əl-Busaidi və onun iranlı həmkarı Abbas Araqçi bazar ertəsi axşam Maskatda keçirilən görüşdə Hörmüz boğazında azad gəmiçilik prinsipinə sadiq olduqlarını təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Biz beynəlxalq hüquqa və gəmilərin pulsuz, təhlükəsiz keçidinin təmin edilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", – deyə əl-Busaidi görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, Abbas Araqçi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə birlikdə Oman paytaxtına İsveçrədən — ABŞ tərəfi ilə danışıqlar apardıqları Bürgenstokdan gəliblər.

Oman XİN rəhbərinin sözlərinə görə, Maskatda tərəflər "İran və ABŞ arasında yenicə imzalanmış qarşılıqlı anlaşma memorandumunu, xüsusən də onun Hörmüz boğazına aid olan hissəsini konstruktiv şəkildə müzakirə ediblər".

Hörmüz boğazında ərazi sularına məhz İran və Oman sahib olduğu üçün, bu mühüm ticarət arteriyası üzrə mövqelərin koordinasiyası hər iki ölkə üçün böyük önəm kəsb edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens gəmilərin Hörmüz boğazından keçidinə görə hər hansı rüsumun tutulması ideyasına qəti etiraz etmişdilər.

"Biz hələ də hesab edirik ki, söhbət beynəlxalq ticarət marşrutlarından gedirsə, orada heç bir rüsum olmamalıdır", – deyə Vens ötən həftə Ağ Evdə keçirilən brifinqdə jurnalistin "İranın ABŞ ilə imzalanmış memoranduma əsasən, 60 gündən sonra boğazdan gəmiləri pulsuz buraxmaqdan imtina edə biləcəyi" barədə sualını cavablandırarkən bildirmişdi.

Görüş çərçivəsində tərəflər həmçinin iki ölkə arasında ikitərəfli əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

End of content

No more pages to load

RADİO