İyunun 20-dən etibarən Moskva şəhəri və ətraf bir neçə vilayətin üzərində yüngül və çox yüngül təyyarələrin, həmçinin mülki pilotsuz uçuş aparatlarının (PUA) 5200 metrədək hündürlükdə uçuşlarına məhdudiyyət qoyulacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) məlumat yayıb.
Qurumdan verilən məlumata görə, tətbiq edilən qadağalar dövlət və eksperimental aviasiyaya, eləcə də müntəzəm və çarter sərnişin reyslərinə şamil olunmayacaq.
Məhdudiyyətlərin hava məkanında təhlükəsizliyin təmin edilməsi və nizamın qorunması məqsədilə tətbiq edildiyi bildirilir.
Bizim.Media