Tramp 3-cü prezidentlik müddətinə namizədliyini irəli sürəcək?

ABŞ Prezidenti Donald Tramp Ağ Ev əməkdaşları ilə söhbətlərində siyasi təsirini itirmək və "axsaq ördək" statusuna düşmək qorxusu səbəbindən üçüncü müddətə namizəd olmaq ehtimalını dilə gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Amerika lideri administrasiyasının keçmiş yüksək rütbəli rəsmisi məlumat verib.

(Qeyd: ABŞ-da "axsaq ördək" (lame duck) səlahiyyət müddətinin başa çatmasına az qalmış nüfuzu kəskin zəifləyən, lakin rəsmən hakimiyyətdə qalan və qərarların qəbulunda çətinliklərlə üzləşən seçkili şəxslərə deyilir).

Fevral ayında "NBC News"a müsahibə verən Tramp ikinci prezidentlik müddətindən sonra da postunda qalıb-qalmayacağı barədə sualdan yayınaraq belə demişdi:

"Bu, maraqlı olardı. Amma axtardığınız cavabı sizə versəydim, bu, dəhşətli olardı — həyat daha az həyəcanlı və daha az maraqlı olardı".

Qeyd edək ki, Trampın ikinci müddəti 20 yanvar 2029-cu ildə başa çatır.

ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyətin ləğv edilməsi üçün Konqresin hər iki palatasının üzvlərinin üçdə ikisinin razılığı və ən azı 38 ştatın ratifikasiyası yaxud ştatların üçdə ikisinin təşəbbüsü ilə Konstitusiya Konventinin çağırılması tələb olunur.
 

Noyabrda Konqresə keçiriləcək aralıq seçkilər fonunda Trampın siyasi çəkisi məsələsi yenidən aktuallaşıb. Ağ Ev rəsmiləri prezidentin mövqeyinin zəifləməsi barədə iddiaları rədd edirlər. Administrasiyanın nümayəndəsi Oliviya Ueyls bildirib ki, Tramp "Respublikaçılar Partiyasının şübhəsiz lideridir və Konqresdə respublikaçıların çoxluğunu qorumağa sadiqdir".


"Reuters" qeyd edir ki, üçüncü müddətə namizədlik hüquqi cəhətdən çətin olsa da, Tramp öz siyasi təsirini qorumaq üçün 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədin seçilməsi prosesində aktiv iştirak edə bilər.

Prezidentlərin bioqrafiyası üzrə ixtisaslaşmış Rays Universitetinin tarixçisi Duqlas Brinkli xəbərdarlıq edib ki, dünya Trampın prezidentliyinin son illərində ondan yeni və gözlənilməz addımlar gözləməlidir:

"Demokratların Konqresə nəzarəti ələ keçirib-keçirməməsindən asılı olmayaraq, onun xaotik idarəetmə tərzi yox olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

End of content

No more pages to load

RADİO