Alimlər qədim riyaziyyatçı Ptolemeyin əlyazmasını oxuya biliblər

İtaliyanın Bobbio abbatlığının kitabxanasında tapılan və qədim yunan riyaziyyatçısı, astronomu və coğrafiyaçısı Klavdiy Ptolemeyə məxsus olan əlyazmasının böyük bir hissəsi alimin fəaliyyətinə və antik dövrün öyrənilməsinə işıq salır. Bir zamanlar ilk alimlər və astronomlar Ptolemey meteoroskopu adlanan alətdən istifadə edirdilər. O, hər şeydən əvvəl, yüksəkliyin ölçülməsi və göy cisimlərinin məsafəsinin müəyyən edilməsində tətbiq olunurdu. “Ancient Origins” nəşri bildirir ki, əlyazmanın böyük bir hissəsi məhz bu alətdə tapılıb. Gizli əlyazmada bu alətin konstruksiyası və onun istifadə qaydaları geniş təsvir edilib, onun ulduzlara qədər məsafənin müəyyən edilməsində rolundan bəhs olunub. Ptolemey meteoroskopu astronomik müşahidələr və hesablamalar, həmçinin ekvatordan enlik dərəcəsinin müəyyən olunması, günəşin yerləşməsi və planetin mövqeyini öyrənmək üçün istifadə edilirdi.

Əslində, bu astronomik alət kifayət qədər mürəkkəb olub. O, səyyar metal dairələrdən ibarət idi. “Dəqiq elmlər tarixinin arxivi” nəşrində dərc olunmuş materialda qeyd olunub ki, Ptolemey özünün ixtira etdiyi alət haqqında müəllif olduğu “Coğrafiya”” kitabında bəhs edib.

Son vaxtlara qədər alətin quruluşu haqqında məlumat olmayıb. Bir çox qədim mənbələrdə onun barəsində məlumatlar olsa da, alimlər metereoskopun quruluşu və funksiyalarını aşkar edə bilmirdi. Bu səbəbdən əlyazmasının tapılması alətin öyrənilməsi baxımından mühümdür. Sorbonna və Nyu-York universitetlərindən olan alimlər qrupu itirilmiş mətnin bərpa olunmasında böyük çətinliklərlə üzləşiblər. Əlyazması emal olunmuş perqamentdə yazılıb və əsrlər boyu tapmaca olaraq qalıb.

Aparıcı tədqiqatçılardan biri olan Aleksanndr Cons deyir: “Manuskriptin aydın oxunmayan və yunan dilində olan səhifələrini hələ 1819-cu ildə italyan filoloq və kitabxanaçı Ancelo May aşkar edib, lakin o, əlyazmasının böyük bir hissəsini oxuya bilməyib. İtalyan alim, həmçinin bu qədim manuskripti tünd qəhvəyi rəngə boyayaraq özündən sonrakı tədqiqatçıların işini çətinləşdirib”.

Alimlər qrupu manuskriptin diqqətlə oxunması prosesinə 2020-ci ilin yanvarında başlayıb və multispektral vizual metod vasitəsilə gizli mürəkkəbləri üzə çıxarıb. İndi onlar Ptoloemeyin qədim aləti haqqında məlumatları oxuyurlar. Bu işdə əldə olunan böyük nailiyyətə baxmayaraq, mətnlər hələ tamamilə oxunmayıb. Yunan yazısının çox pozulması alimlərin işini problematik edib.(azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il smartfonların orta qiyməti 95 dollar artaraq 550 dollara çatacaq

Bu il smartfonların orta qiyməti 95 dollar artaraq 550 dollara çatacaq

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Almaniyada suyun istifadəsi məhdudlaşdırıldı - Əməl etməyənlər 50.000 avroya qədər CƏRİMƏLƏNƏCƏK

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Qusarda mühüm KONFRANS - Dini mövzuların mediada təqdimatı müzakirə edilir – FOTO

Şabranda kişini “tok” öldürdü

Şabranda kişini “tok” öldürdü

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Dünyanın 100 ən yaxşı mətbəxi – Azərbaycan neçəncidir? – YENİ REYTİNQ

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Çarukyanın sement zavodu ƏLİNDƏN ALINDI

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Azərbaycanda yeni parklanma qaydaları TƏSDİQLƏNDİ – CƏDVƏL

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Türkiyənin NATO sammitindən qazandığı vəsait AÇIQLANDI

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Qazaxıstanla Çin arasında 15 milyardlıq ANLAŞMA

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

Ptolomeydən Strabona: Qədim coğrafiyaşünasların tərənnüm etdiyi Azərbaycan şəhəri – TOPONİMLƏR

60 milyon dollarlıq mənimsəmə ilə bağlı suala belə CAVAB VERDİ

60 milyon dollarlıq mənimsəmə ilə bağlı suala belə CAVAB VERDİ

DİQQƏT! Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayandırılır

DİQQƏT! Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayandırılır

Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar

Həyat yoldaşından 14 ildir gizlətdiyi həqiqəti etiraf etdi – Boşanırlar

Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Argentina hədəfdə... - Səbəbkar FIFA-dır

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: İddialara cavab verildi - VİDEO

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Andrey Sibiqa: Zelenski Putinlə Ankarada görüşməyə hazırdır

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

Cennifer Lopez 50 milyon dollarlıq malikanəsini yenə sata bilmədi

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

PROQNOZ: Dünya çempionu bu ölkə olacaq

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Antibiotikdən ölən hamilə qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

Atası ilə barışdı, qardaşı ilə hələ də danışmır...

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

İsti havalarda infarkt riski arta bilər: Bu əlamətlərə laqeyd yanaşmayın!

End of content

No more pages to load

RADİO