Rusiyanın Veliki Novqorod şəhərində, yaşayış binasında bədbəxt hadisə baş verib.
Bizim.Media “Rambler.ru” saytına istinadən xəbər verir ki, Rusiyanın Veliki Novqorod şəhərinin yaşayış binalarının birində 8 yaşlı uşaq 8-ci mərtəbədən düşüb. Xoşbəxtlikdən o ölməyib.
Uşaq müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır. Yoxlamalardan sonra cinayət işinin açılması istisna olunmur.
Bizim.Media