Martın 2-dən bəri İsrailin ölkə ərazisinə endirdiyi zərbələr nəticəsində azı 3 526 nəfər həyatını itirib.
Bizim.Media bildirir ki, bu barədə "Al Jazeera" telekanalı Livan Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər yayıb.
Nazirlikdən verilən məlumata görə, eyni dövr ərzində 10 733 nəfər yaralanıb.
Həmçinin qeyd olunur ki, Livanın cənubuna endirilən aviazərbə nəticəsində dörd xarici ölkə vətəndaşı - iki Suriya və iki Banqladeş vətəndaşı xəsarət alıb.
Bizim.Media