Livandakı şiə hərəkatı "Hizbullah" İsrail və Livan arasındakı atəşkəs şərtləri ilə razı deyil.
Bizim.Media "Associated Press" agentliyinə istinadla xəbər verir ki, bu barədə qruplaşmanın lideri Naim Qasem bəyan edib.
"İşğal davam etdiyi müddətcə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik", - deyə hərəkatın rəhbəri bildirib.
Qasem əlavə edib ki, İsrail qoşunları Livan ərazisini tərk etməlidir. Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi İrandakı münaqişənin nizamlanması səylərinə mane olur.
İyunun 4-nə keçən gecə ABŞ Dövlət Departamenti İsrail və Livanın atəşkəs barədə birgə bəyanatının mətnini dərc edib.
Sənəddə deyilir ki, ölkə nümayəndələrinin görüşü iyunun 2-si və 3-də Vaşinqtonun vasitəçiliyi ilə baş tutub. Sənədə əsasən, İsrail və Livanın bir-birinə qarşı düşmənçilik niyyəti yoxdur və hərtərəfli sülh və təhlükəsizlik sazişi üzərində işləmək niyyətindədirlər.
Bizim.Media