Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı elan edib ki, ukraynalı hərbçilər Luqansk vilayətindəki Şçastye, eləcə də Mariupolu geri qaytarıblar. Onlar Çerniqov vilayətində də düşmənin qarşısını ala biliblər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Xarkov istiqamətində və düşmənin itki verdiyi Birləşmiş Qüvvələr Əməliyyatı bölgəsində şiddətli döyüşlər davam edir.
“Qoşunlarımızın qüvvələri Mariupol və Şçastiye şəhərlərini tam nəzarətə götürüb. 7 təyyarə, iki helikopter və düşmənin onlarla zirehli texnikası məhv edilib. Xerson istiqamətində çətin vəziyyət olsa da, Ukraynanın müdafiə qüvvələri təcavüzkarın qarşısını alır”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Bizim.Media