Rusiyanın Saratov vilayətində fəaliyyət göstərən kafe Azərbaycan vətəndaşının işə qəbul edilməsi səbəbindən bağlanıb.
Bizim.Media xəbər verir ki, Federal Məhkəmə İcraçıları Xidmətinin İdarəsindən verilən məlumata görə, Saratov vilayətinin Yerşov rayonundakı yol kənarındakı kafe miqrasiya qanunvericiliyinin pozulması səbəbindən möhürlənib.
Buna səbəb obyekt sahibinin qeyri-qanuni olaraq Azərbaycan vətəndaşı olan bir qadını işə götürməsi olub.
Sahibkar barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcləsinin 18.15-ci maddəsinin 3-cü hissəsi (Xarici vətəndaşların əmək fəaliyyətinə qanunsuz cəlb edilməsi) ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə kafenin fəaliyyəti bir ay müddətinə dayandırılıb.
Bizim.Media