Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uzun illərdir Azərbaycanda dərsliklərin keyfiyyəti, xüsusilə də hər tədris ili öncəsi gündəmə gətirilir. Əsasən də dərsliklərdə dil üslubu, mətnlərində rast gəlinən qrammatik, fonetik qüsurlar həm valideynlərin, həm də dilçilərin  narazılığına səbəb olur, ictimai tənqidinə tuş gəlirdi. Ələlxüsus da şagirdlərin dilinə düşməyi, sosial şəbəkələrdə gülüş hədəfi olmağı təhsil sisteminə heç də başucalğı gətirmirdi.

Hazırda vəziyyət necədir? Yeni nəsil dərsliklər hazırlanarkən əvvəlki problemlər nəzərə alınıbmı, yoxsa Azərbaycan məktəblisinin qarşısına hələ də dil baxımından qüsurlu mətnlər çıxır?

Ümumulikdə problem tam aradan qaldırılmayıb, hər halda həll edilmiş olsaydı dərsliklərin dil və üslub qüsurlarına görə ayrıca ekspertizası aparılmazdı.  Məsələn, 2025-ci ilin oktyabrında Elm və Təhsil Nazirliyi dərsliklərin Azərbaycan və rus dillərində dil-üslub baxımından qiymətləndirilməsi üçün ayrıca ekspert xidmətləri üzrə müsabiqə elan edib. Bu da, problemin yalnız keçmişdə qalmadığını və dil redaktəsinin ayrıca nəzarət predmeti olduğunu göstərir.

Dilimizə nə qədər düzgün yanaşılır?

Amma müsbət istiqamətdə nəzərə çarpan dəyişiklikləri də inkar etmək doğru olmazdı. Üstəlik yeni dərsliklər artıq əvvəlcədən ictimai müzakirəyə çıxarılır. 2024-2025-ci illərdə I, V və IX siniflər üçün yeni və təkmilləşdirilmiş dərslik layihələri ictimaiyyətin rəyinə təqdim edilmiş, irad və təkliflərin göndərilməsi üçün ayrıca kanal yaradılmışdı.

Həmçinin yeni dərsliklərin pilot istifadəsi aparılır: 2024/25-ci ildə 150-dən çox məktəbdə yeni dərslik komplektləri sınaqdan keçirilib və müəllimlərlə şagirdlərin rəyləri toplanıb. Yenilənmiş Azərbaycan dili kurikulumunda orfoqrafiya, orfoepiya, fonetik qanunauyğunluqlar, morfologiya, sintaksis və üslubi məsələlər ayrıca standartlaşdırılıb. Yəni ən azı nəzəri və kurikulum səviyyəsində dil normalarına əvvəlkindən daha sistemli yanaşma var.

Dərsliklərdəki səhvləri çapa qədər kimlər və hansı meyarlara əsasən aşkarlayır, səhvlərə görə məsuliyyəti kim daşıyır?

Dərsliklərin hazırlanması isə müxtəlif müəllif və nəşriyyatların iştirakı ilə həyata keçirilir. Azərbaycanda dərsliklərin yoxlanması və qiymətləndirilməsi bir neçə mərhələdə aparılır. Öncə müəlliflər qrupu tərəfindən dərslik layihəsi hazırlanır, daha sonra məzmunun elmi cəhətdən düzgünlüyü, yaş səviyyəsinə uyğunluğu və metodik tərəfləri yoxlanılır, ardınca ekspertlər tərəfindən qiymətləndirilir – dərslikdə səhvlər, uyğunsuzluqlar, terminlər, tapşırıqlar nəzərdən keçirilir. Əgər bu mərhələdə ekspertlərin iradları yaranarsa müəlliflərə çatdırılır və dərslik yenidən işlənir. Ən axırda son variant təsdiqlənir və çapa göndərilir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin hesabatına görə 2025-2026-cı tədris ili üzrə 49 adda dərslik və metodik vəsaitin hazırlanması/təkmilləşdirilməsi aparılıb, ümumilikdə 302 adda, 6 milyondan çox nüsxə dərslik çap edilərək məktəblərə çatdırılıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO