Tramp ABŞ və İran danışıqlarının dayandırılması ilə bağlı məlumatları yalan adlandırıb
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasındakı danışıqların dayandırılması barədə yayılan məlumatları yalan adlandırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında açıqlama yayıb.
"İran İslam Respublikası ilə ABŞ-ın bir neçə gün əvvəl danışıqları dayandırdığına dair yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir", - ABŞ Prezidenti qeyd edib.
Qeyd edək ki, “Fars” xəbər agentliyi İran və ABŞ arasında mesaj mübadiləsinin dayandırıldığı barədə məlumat yayıb.
Bizim.Media