Rotasiya müddəti bitdikdən sonra ABŞ Litvadan mindən çox hərbi qulluqçusunu və hərbi texnikasını çıxarmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "TV3" portalı məlumat yayıb.
Gedəcək əsgərlərin yerinə Litvaya yeni qrupun gələcəyi gözlənilir, lakin ABŞ-ın Avropadakı qüvvələrinin yerləşdirilməsi planlarına yenidən baxması səbəbindən tarix və hərbçilərin dəqiq sayı hələlik məlum deyil.
Litva Prezidentinin Baş Milli Təhlükəsizlik Müşaviri Deyvidas Matulionisin sözlərinə görə, bəzi ABŞ qoşunları növbəti rotasiyaya qədər ölkədə qalacaq.
Bizim.Media