"Bild" nəşrinin hərbi icmalçısı Yulian Röpke Rusiyanın Ukraynaya bugünkü kütləvi hücumunun dəyərini təxminən 250 milyon avro civarında qiymətləndirib.
Bizim.Media xəbər verir ki, onun məlumatına görə, zərbə zamanı 73 ballistik raket və 650-dən çox kamikadze dronundan istifadə olunub.
"Rusiya sakinləri getdikcə artan yoxsulluq şəraitində yaşadıqları bir vaxtda, Putin sülh və rifah əvəzinə vəsaitləri müharibəyə yatırır", — deyə Röpke "X" sosial şəbəkəsində yazıb.
Bizim.Media