Xalq və liderlər razılaşdı: iki ölkə birləşir – Rusiya üçün böyük itki

Moldovanın xarici işlər naziri Mixay Popşoy Rumıniya ilə birləşmə ehtimalından danışıb. Nazir bu ideyaya müsbət yanaşdığını ifadə edib. O, Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, əleyhinə səs verməyəcəyini deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır. Həmçinin daha əvvəl Rumıniya Prezidenti Nikuşor Dan da eyni fikirləri səsləndirmişdi.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”-a danışan politoloq Tofiq Abbasovun sözlərinə görə, Moldova və Rumıniyanı birləşdirən çoxsaylı ortaq dəyərlər, milli zəmində qohumluq, yaxınlıq və hətta doğmalıq amilləri var:

“Faktiki olaraq Rumıniyadan Moldovanın, keçmiş adı ilə desək, Bessarabiya bölgəsinin ayrılması geosiyasi proseslərin nəticəsidir. İkinci Dünya müharibəsindən sonra bu proses daha da dərinləşdi. Sovet İttifaqı həmin dövrdə Şərqi Avropada bir çox dəyişikliklərə üstünlük verdi. Moldovada Bessarabiya adından imtina edildi.
 

Moldovalılar və rumınlar faktiki olaraq eyni dildə danışırlar. Sadəcə müəyyən şivə fərqləri var. Rumıniyanın siyasi elitaları uzun illər Moldovanın geri dönüşünü arzulayıblar. Hazırda isə Moldova vətəndaşlarının təxminən 70 faizinin cibində həm də Rumıniya pasportu var. Moldovalılar bu yolla Avropa İttifaqı vətəndaşı olmaq istəyirlər.


İndiki zamanda görürük ki, dünyada çox dərin proseslər baş verir. Ən kəskin və gözlənilməz dəyişikliklər, parçalanmalar, yeni sərhədlərin formalaşması qarşıdurmalar zəminində ortaya çıxır. Birinci Dünya müharibəsindən sonra milli dövlətlərin sayı artdı. İkinci Dünya müharibəsindən sonra isə bu proses daha da sürətləndi.

Hazırda dünya nizamı yenidən dəyişir. Dünya birliyi özü də ciddi transformasiyalar mərhələsinə daxil olub. Bir çox toplumlar həsrəti ilə yaşadıqları ideyalar üzərində fokuslanıblar.

Hazırda həm Rumıniya, həm də Moldova tərəfindən birləşmə ilə bağlı istək var. İndiki halda bu, baş verərsə, ilk növbədə böyük Rumıniya NATO və Avropa İttifaqının üzvü kimi Rusiya sərhədlərinə daha da yaxınlaşacaq. Moldovadakı vəziyyət isə çox tektonik xarakter ala bilər.

Əgər kəskin şəkildə birləşmə prosesi meydana gələrsə, bu məsələdə müxtəlif qüvvələr hücum mövqeyinə keçə bilər. Moskva Moldovanın qəti şəkildə onun düşmənlərinin cərgəsinə keçməməsinə çalışacaq. Çünki aydın məsələdir ki, Rusiyanın Qərblə qarşıdurmasının davam etdiyi bir vaxtda Moldovanı itirməsi onun üçün ciddi geosiyasi itki olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ

İsrail yenidən Suriyaya zərbələr endirdi – VİDEO

İsrail yenidən Suriyaya zərbələr endirdi – VİDEO

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Sehrbazları işsiz qoyacaq - Bu gəncin etdikləri hamını heyrətləndirdi - VİDEO

Sehrbazları işsiz qoyacaq - Bu gəncin etdikləri hamını heyrətləndirdi - VİDEO

Metroda fasilə: Əvəzedici avtobuslarda güzəştli tarif tətbiq olunacaq?

Metroda fasilə: Əvəzedici avtobuslarda güzəştli tarif tətbiq olunacaq?

Sentyabrda bütün avtomobil sahiblərinə məktub göndəriləcək

Sentyabrda bütün avtomobil sahiblərinə məktub göndəriləcək

Moskvaya rekord sayda dronla hücum – Video

Moskvaya rekord sayda dronla hücum – Video

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Coğrafi təcriddən LOGİSTİKA MƏRKƏZİNƏ – Naxçıvanın dünəni, bu günü və sabahı – TƏHLİL

Coğrafi təcriddən LOGİSTİKA MƏRKƏZİNƏ – Naxçıvanın dünəni, bu günü və sabahı – TƏHLİL

Özünü qayıqdan atmağa məcbur oldu, öldü

Özünü qayıqdan atmağa məcbur oldu, öldü

Ərdoğanla Tramp telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Ərdoğanla Tramp telefonla DANIŞDI – Nələr müzakirə edildi?

Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı

Bakıda 3 nəfər kirayədə yaşadıqları evdə bıçaqlandı

Sovet hərbi əsirləri Əfqanıstandan qayıtmaqdan niyə imtina etdilər? – DƏHŞƏTLİ FAKTLAR

Sovet hərbi əsirləri Əfqanıstandan qayıtmaqdan niyə imtina etdilər? – DƏHŞƏTLİ FAKTLAR

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

End of content

No more pages to load

RADİO