ABŞ Prezidenti Donald Tramp İranla danışıqların dayandırılmasını şərh edərkən bildirib ki, bu, Birləşmiş Ştatların yenidən bombardmanlara başlaması mənasına gəlmir.
Bizim.Media xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
"Bu, o demək deyil ki, biz hər yerə bomba yağdırmağa başlayacağıq", — deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, iyunun 1-də İranın "Tasnim" agentliyi rəsmi Tehrandakı mənbələrinə istinadən məlumat yayıb ki, İsrail Livandakı hərbi əməliyyatları dayandırmayana və ordusunu bu ölkənin ərazisindən çıxarmayana qədər İran ABŞ ilə danışıqları bərpa etməyəcək.
Məlumata görə, İran İsraildən Qəzza zolağında və Livanda hərbi əməliyyatları tamamilə dayandırmağı, həmçinin qoşunlarını təcili olaraq Livan ərazisindən çıxarmağı tələb edir.
Bizim.Media