Myanmanın şimal-şərqində yerləşən Namkham yaşayış məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 46 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media xəbər verir ki, "Associated Press" (AP) agentliyinin yaydığı məlumata görə, hadisə dağ-mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı anbarda qeydə alınıb.
Partlayışın gücü ətrafdakı binalara və infrastruktura ciddi ziyan vurub, genişmiqyaslı dağıntılara yol açıb.
Hazırda hadisə yerində xilasetmə işləri davam edir və ölü sayının artacağı istisna olunmur.
Bizim.Media