İsrail ordusunun Qəzza zolağının sahil xəttində mülki əhalinin toplaşdığı əraziyə endirdiyi zərbə nəticəsində ciddi itkilər qeydə alınıb.
Bizim.Media xəbər verir ki, "Anadolu" agentliyinin bölgədəki tibbi mənbələrə istinadən verdiyi məlumata görə, hücum zamanı 1 dinc sakin həyatını itirib, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların bölgədəki xəstəxanalara təxliyə edildiyi, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, zərbə insanların dəniz kənarında sıx toplaşdığı saatlarda həyata keçirilib.
Bizim.Media