Rusiyanın Stavropol diyarı, Pyatiqorsk şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Bu barədə "REN TV" öz "Telegram" kanalında məlumat yayıb.
Aralarında iki uşaq da olmaqla, ümumilikdə 33 nəfərdə kəskin bağırsaq infeksiyası aşkar edilib.
Telekanalın mənbəsi bildirir ki, həmin şəxslər şəhərdə fəaliyyət göstərən "Mao Bao" adlı iaşə obyektində zəhərləniblər.
Hadisədən sonra zəhərlənən şəxslərdən 28-nin xəstəxanaya yerləşdirildiyi (hospitalizasiya olunduğu) bildirilir. Kafenin digər 5 müştərisinə isə ilkin tibbi yardım yerində göstərilib. Faktla bağlı araşdırmalar aparılır.
Bizim.Media