ABŞ-ınTürkiyədəki səfiri Tom Barrak ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi elçisi təyin olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, ABŞ Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Tom Barrak ABŞ-ın Türkiyədəki səfiri olaraq qalacaq və Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin tam dəstəyi ilə fəaliyyət göstərəcək.
Bizim.Media