Çin Xalq Respublikasının (ÇXR) ordusu gücünə görə dünyada ikincidir.
Bizim.Media xəbər verir ki, bunu "NBC News" telekanalına müsahibəsində ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, son on ildə Çin Silahlı Qüvvələrinin gücünün artma sürəti görünməmiş həddədir.
“Onların necə sürətlə gücləndiyini və nə dərəcədə böyük olduqlarını görməzdən gəlmək çətindir. Onlar şübhəsiz ki, dünyanın ikinci ən güclü ordusudur", – deyə ABŞ dövlət katibi bildirib.
O, həmçinin qeyd edib ki, ÇXR ABŞ-ın etdiyi kimi öz gücünü bütün dünyaya yaymaq ambisiyalarına sahibdir.
Bizim.Media