Argentinada efirdə komik anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, yadplanetlilərlə bağlı müzakirələrin apardığı verilişə ufoloq (uçan naməlum obyektlərlə bağlı araşdırma aparan şəxs – red.) əvəzinə uroloq dəvət ediblər.
Belə ki, aparıcı qonağa “Yadplanetlilər haqqında bu qədər çox şey bilmək üçün harada təhsil almısınız?” sualını ünvanlayıb.
Qonaq isə buna cavab olaraq uroloq olduğunu deyib. Bu cavab digər qonaqların gülüşünə səbəb olub.
Həmin kadrları təqdim edirik:
Bizim.Media