Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçiriləcək paraddan əvvəl çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bu il parad hərbi texnika nümayişi olmadan keçiriləcək.
“Məlum olduğu kimi, parad baş tutacaq, hərbçilərin piyada bölmələri keçəcək, yüksək pilotaj qruplarının təyyarələri uçacaq, Prezidentin çıxışı olacaq. Ümumilikdə hər şey həmişəki kimi olacaq, yalnız hərbi texnikanın nümayişi istisna olmaqla”, - deyə Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiyada 9 May Qələbə Günü münasibətilə hər il Qırmızı meydanda hərbi parad keçirilir.
Bizim.Media