Bu gün Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil.
Bizim.Media xəbər verir ki, o, Barro RTL radiosuna müsahibəsində qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddir və heç bir tərəf onun üzərində nəzarət quraraq “fidyə tələb edə bilməz”.
Nazir vurğulayıb ki, İranla bağlı sanksiyaların gələcəyi Tehran–Vaşinqton danışıqlarının bərpası və mümkün anlaşma prosesi ilə əlaqələndirilir. (Independent Persian)
Bizim.Media