Ukrayna Rusiyanın mayın 6-dan etibarən atəşkəs təklifini qəbul etmədiyini və zərbələri davam etdirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, səhər saatlarından etibarən Xarkov pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Zaporojyeyə isə idarəolunan aviasiya bombaları ilə zərbələr endirildiyi bildirilir.
Bundan başqa, dənizdə Odessa vilayəti istiqamətində hərəkət edən dron qrupunun qeydə alındığı qeyd olunur.
Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko bildirib ki, Rusiya Kiyevin mayın 6-dan atəşkəs təklifini qəbul etməyibsə, Ukrayna qüvvələri də mayın 9-da atəşkəsə əməl etməyəcək.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin mayın 8-9-da atəşkəs elan olunması barədə qərar qəbul etmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə bunun Kiyevlə razılaşdırılmadığını bildirmişdi.
Bizim.Media