Azərbaycanın axtardığı qumarbazın yeri BİLİNDİ - FOTO

2018-ci ildə erməniəsilli “pleyboy” və qumar oyunçusu Dan Bilzerian həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib və orada erməni silahlı qruplaşmalarının təlim poliqonunda müxtəlif növ silahlardan atəş açıb.

Bizim.Media Haqqın.az-a istinadən xəbər verir ki, o indi də ABŞ Konqresinin Nümayəndələr Palatasına Florida ştatından namizəd olmağı planlaşdırır.

Bilzerianın rəqibi hazırkı konqresmen, respublikaçı Randy Finedır. Bir neçə gün əvvəl “The Jenny Beth Show” proqramında çıxış edən Fine bildirib ki, o, erməninin Konqresə seçilməsinə qarşıdır.

“Biz ermənilərin Konqresdə işləməsini istəmirik”, - deyə konqresmen vurğulayıb.

ABŞ-dakı erməni lobbi təşkilatları dərhal Fineyə qarşı kampaniya başladaraq onu “milli ayrı-seçkilikdə” ittiham ediblər.

Bilzerian poker ustası və qalmaqallı həyat tərzi ilə tanınır. O, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanla dostdur. 2018-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri zamanı onu məhz Levon müşayiət edib.

Bu qanunsuz səfərlə əlaqədar Azərbaycan Baş Prokurorluğu Bilzerian barəsində cinayət işi açıb və məhkəmə onun haqqında qiyabi həbs qərarı çıxarıb. Onun beynəlxalq axtarışa verilməsi üçün “İnterpol”a müraciət edilib.
 

Baş Prokurorluğun məlumatına görə, Bilzerian Ermənistan və işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə cinayət əlaqələrində olub, Xankəndi şəhəri və digər işğal olunmuş yaşayış məntəqələrinə müvafiq sənədlər olmadan və dövlət sərhəd-buraxılış məntəqələrindən keçmədən daxil olub. Bununla o, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsini pozub.


İstintaq zamanı həmçinin müəyyən edilib ki, Bilzerian işğal olunmuş ərazilərdə qanunsuz əldə edilmiş odlu silahlardan, qumbaraatanlardan, tüfənglərdən və digər silah növlərindən istifadə edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz silah dövriyyəsi) və 318.2-ci (qanunsuz sərhəd keçidi) maddələri ilə cinayət işi başladıb.

2022-ci ildə Bilzerian “dostunun toyunda iştirak etmək” məqsədilə Ermənistana səfər edib. Onun ölkəyə investisiya yatıracağı ilə bağlı yayılan məlumatlar isə təsdiqini tapmayıb. Bu ilin 6 aprelində Bilzerian Florida ştatının 6-cı seçki dairəsindən Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb. Onun rəqibi Fine yəhudi əsillidir.
 

Bilzerian isə antisemit çıxışları, o cümlədən ABŞ Prezidenti Donald Trampın İran siyasətini tənqid etməsi ilə də tanınır. Bu səbəbdən onun seçkilərdə uğur şansları aşağı qiymətləndirilir və əsas dəstəyin daha çox erməni diaspor təşkilatlarından gəldiyi bildirilir.


Erməni diasporunun hücum kampaniyasına baxmayaraq, konqresmen Randy Fine mövqeyindən geri çəkilməyib və iki gün əvvəl sosial şəbəkə hesabında yazıb:

“Ermənilər Konqresdə yer tutmamalıdır - somalililərə də, qvatemalalılara də, hətta israillilərə də "yox"".

Qeyd edək ki, bir neçə ay əvvəl Randy Fine digər respublikaçı konqresmen Anna Paulina Luna ilə birlikdə Azərbaycana qarşı yönəlmiş "907-ci düzəliş"in ləğvi ilə bağlı qanun layihəsi irəli sürmüşdü. Luna MAGA hərəkatına yaxındır və Donald Trampla sıx əlaqələri ilə tanınır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

End of content

No more pages to load

RADİO