İstanbulda 25 yaşlı gəlini Burçin Şahini güllələyərək öldürən qayınana Menekşe K.-nın ifadəsi ortaya çıxıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra şübhəli pəncərəyə yaxınlaşaraq "Gəlinimi öldürdüm, namusumu təmizlədim" deyib və rahatca siqaret çəkib.
O, ifadəsində qətli gəlininin həbsdə olan oğluna xəyanət etdiyinə görə törətdiyini bildirib.
Qeyd edək ki, Menekşe K. gəlinini başından iki dəfə güllələyərək öldürüb. O daha əvvəl "narkotik qaçaqmalçılığı" ittihamı ilə 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilibmiş.


Bizim.Media