Çində uşaqlara baxa və ev işləri görə bilən ağıllı robot-dayə hazırlanıb.
Bizim.Media xəbər verir ki, android tipli robot paltarları qatlaya, sifarişləri daşıya və uşaqlarla oynaya bilir.
Tərtibatçıların sözlərinə görə, robot ətraf mühiti özü qiymətləndirmək və vəziyyətə uyğun sürətli qərarlar qəbul etmək qabiliyyətinə malikdir.
Bildirilib ki, robot təkcə məişət işləri üçün deyil, həm də ailələrə gündəlik həyatda köməkçi kimi nəzərdə tutulub.
İlkin məlumata görə, robotun qiyməti təxminən 20 min dollar olacaq.
Bizim.Media