İsrail ordusu Livanın cənubuna növbəti hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda yerləşən Zuter əş-Şərqiyyə kəndi ətrafını hədəfə alıb.
Məlumata görə, zərbələrdən sonra bölgədə partlayış səsləri eşidilib.
Hücumun nəticələri, dağıntıların miqyası və mümkün xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, son günlər İsrail ordusu Cənubi Livanda “Hizbullah”ın hərbi infrastrukturuna qarşı zərbələrini intensivləşdirib.
Hadisə ilə bağlı əlavə məlumat gözlənilir.
Bizim.Media