Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, sovet dövründə Kommunist Partiyasında konstruktiv müxalifətçi olub.
Bizim.Media xəbər verir ki, bu barədə o, RT telekanalına müsahibəsində danışıb.
“Partiya quruculuğunda və Kommunist Partiyasının fəaliyyətində bütün çatışmazlıqlara baxmayaraq, mən vaxtilə Kommunist Partiyasının üzvü olmuşam. Hər şey asan deyildi. Demək olar ki, partiya daxilində mən konstruktiv müxalifətçi idim”, - deyə Lukaşenko bildirib.
Prezident əlavə edib ki, onun mövqeyi “həyatın özündən qaynaqlanırdı”.
Bizim.Media