Ötən gün dünyada nələr baş verib? – XRONİKA - VİDEO

İran gəmisinin ələ keçirilməsinə cavab olaraq rəsmi Tehran ABŞ-ın hərbi gəmilərinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi bildirib. 

Qeyd olunur ki, Amerika hərbçiləri Çindən Oman körfəzinə gedən gəmini atəşə tutaraq atəşkəs rejimini pozub və onun naviqasiya sistemini sıradan çıxarıblar. Buna cavab olaraq İran ABŞ gəmilərinə pilotsuz aparatlarla hücum edib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı - CENTCOM İranın Touska gəmisinə Amerika blokadasını yarmağa cəhd edərkən endirilən zərbənin görüntülərini yayıb.

Ukrayna Prezidenti Zelenski bildirib ki, Kiyev Yaxın Şərqin 3 ölkəsi - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə 10 illik sazişlər imzalayıb.

Onun sözlərinə görə, bu sazişlər Ukrayna istehsalı olan silahların (dronlardan texnologiyalara qədər) ixracını əhatə edir. Zelenski əlavə edib ki, artıq 11 ölkədən müraciət var: Yaxın Şərq və Körfəz ölkələri.
 

İran Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi ilə bağlı Rusiyanın müxtəlif təşəbbüslərini nəzərdən keçirməyə hazırdır.


Bunu İslam Respublikasının Moskvadakı səfiri Cəlali “Vedomosti” qəzetinə müsahibəsində bildirib. O, Yaxın Şərqdə münaqişənin həllində vasitəçilərin mümkün iştirakı və 2025-ci ildə imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində Rusiyanın mövqeyini şərh edib.

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası “İstanbul Bəyannaməsi”nin qəbulu ilə başa çatıb. Bəyannamədə beynəlxalq əməkdaşlığın və parlament diplomatiyasının gücləndirilməsinə, münaqişələrin sülh yolu ilə həllinə və insan hüquqlarının müdafiəsinə çağırış yer alıb. Həmçinin dezinformasiyaya qarşı mübarizənin və texnologiyalardan məsuliyyətli istifadənin vacibliyi vurğulanıb.

Hindistanın Tamilnad ştatında fişəng fabrikində partlayış nəticəsində 23 nəfər ölüb. 6 nəfər ağır xəsarət alaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb. Ölkənin baş naziri yaxınlarını itirənlərə başsağlığı verib. Hadisə ilin əvvəlindən bölgədə baş verən ən iri sənaye qəzası sayılır.

Macarıstanın yeni seçilmiş baş naziri Madyar Avropa Komissiyasının rəhbərliyi ilə görüşdən sonra bildirib ki, Budapeşt əvvəlki hakimiyyət dövründə “korrupsiya problemləri” səbəbindən dondurulmuş Aİ maliyyəsini geri qaytarmaq niyyətindədir.
 

O, korrupsiyaya qarşı tədbirlər görəcəyini, Avropa Prokurorluğuna qoşulacağını, məhkəmələrin, medianın və universitetlərin müstəqilliyini bərpa edəcəyini vəd edib. Madyar qeyd edib ki, mayın 9-na planlaşdırılan baş nazir kimi vəzifəyə başlamasından dərhal sonra milyardlarla avronun geri qaytarılacağına ümid edir.


Bolqarıstanda növbədənkənar parlament seçkilərində sabiq prezident Rumen Radevin başçılıq etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası öndədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu şəxslər vergi ödəməyəcək – RƏSMİ

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Bu ərazilərdə torpaq qiymətləri BAHALAŞIR - AÇIQLAMA

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

Masazırda 48 yaşlı kişi qətlə yetirildi – Həyat yoldaşı şübhəlidir

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

SEPAH rəsmisi: “Taksi sürücüsünə Trampdan daha çox etibar edirəm” – VİDEO

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Yolun ortasında təhlükəli hərəkətlər etdilər- Valideynləri ilə polisə çağırıldılar – Video

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Xəstənin səhhətində problem yaranarsa... – Həkim hansı halda məsuliyyət daşımır?

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Peyvəndlər uşağın immun sistemini zəiflədir? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ

Son zamanlar yayılan xəstəlik nədir?

Son zamanlar yayılan xəstəlik nədir?

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

Çayın apardığı qadın səkkiz gün sonra sağ tapıldı

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO