Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Taqanroq şəhərinə raket zərbəsi endirib. Zərbə "Molniya" dronları və "Orion" pilotsuz uçuş aparatları üçün komponentlər istehsal edən "Atlant Aero" müdafiə sənayesi şirkətinə dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” kanalı məlumat yayıb.
Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Ukrayna Hərbi Dəniz Qüvvələri zərbənin "Neptun" raketləri ilə həyata keçirildiyini dəqiqləşdirib.
Qeyd olunur ki, bu obyektin məhv edilməsi Rusiyanın dron istehsal imkanlarını azaldacaq və rus ordusunun Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini zəiflədəcək.
Bizim.Media