Ağ ayılarının bəzi populyasiyaları Arktikada buzların sürətlə əriməsinə qismən uyğunlaşa bilir.
Bizim.Media xəbər verir ki, Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, bu dəyişikliklər növün uzunmüddətli qorunması üçün yetərli olmaya bilər.
Mütəxəssislər bildirirlər ki, ağ ayılar tarixi olaraq suitiləri ovlamaq üçün dəniz buzlarından asılı olub. Lakin iqlim dəyişiklikləri səbəbindən buz örtüyünün azalması onları yeni davranış modellərinə keçməyə məcbur edir.
Araşdırmada qeyd olunur ki, bəzi regionlarda, o cümlədən Qrenlandiyanın cənub-şərqində ayılar dəniz buzları əvəzinə buzlaq qırıntılarından istifadə etməyə başlayıblar. Həmçinin onların quru heyvanları və leşlə qidalanmağa çalışdıqları da müşahidə edilib.
Alimlər vurğulayırlar ki, buna baxmayaraq, dəniz buzlarının itməsi uyğunlaşma sürətini üstələyir və ağ ayıların gələcək taleyi daha çox istixana qazı emissiyalarının azaldılmasından asılı olacaq.
Bizim.Media