Zelenskinin havada qalan əli – İsveç kralının feodal təfəkkürü fonunda Avropanın İKİLİ STANDARTLARI – VİDEO

İsveç kralı XVI Karl Qustavın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə baş verənlər bütün dünyada geniş müzakirələrə yol açıb. Buna səbəb isə hər hansı tarixi razılaşmanın əldə olunması deyil, Kralın tarixin tozlu səhifələrində qalmış ənənələri yaşatmaq cəhdi oldu. Belə ki, İsveç kralı rəsmi qarşılanma zamanı Zelenskinin ona uzatdığı əli havada qoyub.
 

MÖVZU İLƏ BAĞLI: 

İsveç kralı Zelenskinin əlini sıxmaqdan imtina etdi – VİDEO


Məsələnin ən absurd tərəfi isə hadisənin Lvovda yaşanmasıdır. Yəni, kral qonaq gəldiyi ölkənin Prezidentinin əlini sıxmayıb. Doğrudur, tərəflər arasında dialoqdan sonra kral Zelenskinin əlini sıxır, amma bunu sadəcə göstəriş, daha doğrusu, foto çəkdirmək xatirinə edir.

Protokol yoxsa feodalizm təfəkkürü?

İsveç kralının Volodimir Zelenski ilə görüş zamanı salamlaşma və ya əl vermə jestindən yayınmasına “köhnə qitə”də bəhanə tapmaq istəyənlər də oldu. Guya, bu sadəcə “protokol detalı”dır. Amma ictimai-siyasi reallıqda bu cür davranışlar artıq neytral jest kimi oxunmur.
 

21-ci əsrdə diplomatik görüşlərdə hər bir mimika, hər bir jest, hətta saniyəlik tərəddüd belə siyasi mesaj kimi qəbul edilir. Çünki artıq kralların alışdığı orta əsrlər dövrü deyil, hər bir rəsmi görüş, addım jurnalistlər tərəfindən lentə alınır, ictimailəşdirilir. Liderlər, diplomatlar bunu nəzərə alaraq, hər addımlarını “yüz ölçüb, bir biçirlər”. Xüsusilə də söhbət bütün Qərb dünyasının diqqət mərkəzində olan Ukraynadan gedirsə...


Ona görə də kralın bu cür təkəbbürlü davranışını “adi protokol fərqi” kimi dəyərləndirmək real mənzərəni ört-basdır etməkdən başqa bir şey deyil.

Şimali Avropa “soyuqluğu”nun arxasında gizlənən təkəbbür

Ümumilikdə isə, İsveç, Norveç və Danimarka kimi Şimali Avropa ölkələrində rəsmi davranışların sərt və emosiyadan uzaq olması yeni fenomen deyil. Bu, “sakit diplomatiya” adı altında təqdim edilən, əslində isə təkəbbürdən, özünü başqalarından üstün görməkdən irəli gələn bir davranış modelidir.

Xüsusilə də Avropa monarxlarının bu cür, digər insanlara yuxarıdan aşağı, öz “təbəə”si kimi münasibət göstəməsi artıq adiləşib. Həmin monarxlardan biri də Karl Qustavdır. O, hələ də orta əsrlər təfəkküründə qaldığı üçün yalnız digər kralları özünə bərabər səviyyəli tərəf kimi görür. Hətta digər ölkələrin dövlət başçıları belə monarx titulu daşımırsa, Karl Qustav üçün sıravi şəxsdir. Hələ onu demirik ki, bu hörmətsizlik kralı qonaq kimi öz ölkəsində qəbul edən bir Prezidentə qarşı edilib...

Monarxiya institutunun 21-ci əsrdəki anaxronizmi

Mənzərəyə daha geniş kontekstdə baxdıqda, məsələ təkcə bir jestlə məhdudlaşmır. Konstitusiyalı monarxiya institutunun özü artıq ciddi sual doğurur.
 

Müasir Avropada demokratiya, bərabərlik və xalq suverenliyi ideyaları ən yüksək dəyər kimi təqdim olunsa da, eyni sistem daxilində irsi hakimiyyət simvollarının qorunması açıq bir ziddiyyət yaradır. Dövlət başçısının seçilmədiyi, doğulmaqla bu statusu qazandığı bir modelin XXI əsrdə “demokratik dəyər”lərlə uzlaşmadığı daha aydın görünür.


Çünki tarixən monarxiya institutları kralı sadəcə siyasi fiqur deyil, simvolik olaraq “müqəddəsləşdirilmiş” bir status kimi təqdim edirdi. Bu ənənənin izləri tam silinməyib.

Əgər bu gün belə davranışların arxasında hələ də şüuraltı bir “ali status” hissi qalırsa, bu, müasir diplomatiyanın ruhu ilə açıq ziddiyyət təşkil edir. Çünki müasir beynəlxalq münasibətlərdə dövlətlər bərabər subyektlər kimi qəbul olunur, irsi üstünlük anlayışı isə artıq ideoloji olaraq keçmişdə qalıb.

Avropanın ikili standartları

Avropa uzun illərdir dünyaya demokratiya, insan hüquqları və bərabərlik modeli təqdim edir. Amma eyni zamanda öz daxilində feodalizm dövründən qalma simvolik institutları qorumağa davam edir.
 

Bu ikili yanaşma ciddi suallar yaradır: əgər bərabərlik universal dəyərdirsə, niyə Karl XVI Qustav özündən əvvəlki 15 adaşının yolunu davam etdirir və ona “gözün üstə qaşın var” deyən yoxdur?  Əgər demokratiya Avropa üçün əsas dəyərdirsə, niyə seçki yolu ilə hakimiyyətə gələn bir liderin qızıl beşikdə böyümüş kral tərəfindən bu cür münasibətə məruz qalmasına reaksiya verən tapılmır?


Yəni, Zelenski ilə görüşdə baş verən hadisəni təkcə bir əli havada qoymaq kimi görmək sadəlövhlük olardı. Bu mənzərənin arxasında daha geniş problemlər – monarxların təkəbbürü, feodalizm təfəkkürünün “ali dəyər” kimi qəbul olunması və Avropanın ikili standartları gizlənir...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

İyunun sonuna qədər cekpotu udacaq 5 BÜRC

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

Əhalinin DİQQƏTİNƏ – Sığortanın zərəri qarşılamadığı hallar AÇIQLANDI

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

19 gündə 12 nəfər həyatını itirdi – DƏHŞƏTLİ STATİSTİKA

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Özümə də “Şərəf” medalı vermək istəyirdim, dedilər qadağandır” – VİDEO

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

“Sabah”ın futbolçusu Gürcüstan klubunda

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Türkiyədə ər-arvad eyni gündə yüksək vəzifəyə TƏYİN OLUNDU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi KEÇİRİLƏCƏK

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Yenə matçlardan daha çox o diqqət mərkəzindədir – FOTO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı – VİDEO

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ – “Razılaşmanı pozsalar...”

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: 4 nəfər saxlanıldı – FOTO/VİDEO

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“Qarabağ”dan bir milyon avroluq TRANSFER

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

“iPhone 18 Pro”nun qiyməti AÇIQLANDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə həyatını itirdi - FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Xankəndi şəhərinə daha 18 ailə yola salındı – FOTO

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Çayxanadan kafeyə - Azərbaycanda görüş mədəniyyəti NECƏ DƏYİŞİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Ukrayna ordusunu yenidən quracaq general Beytmen KİMDİR?

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Bu yayda yeni sevgi tapacaq BÜRCLƏR

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Həftəsonu 365 nəfər təkrar imtahan verəcək

Xalq artistinə AĞIR İTKİ

Xalq artistinə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO