ABŞ Rusiyaya qarşı neft sanksiyaları üzrə istisnanın müddətini daha bir ay uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi qərar verib.
Məlumata görə, söhbət xarici ölkələrin artıq tankerlərə yüklənmiş və dənizdə olan Rusiya neftini almağa icazə verən qərardan gedir.
Qeyd edək ki, əvvəlki icazənin müddəti aprelin 11-də başa çatmışdı, yeni qərarla bu müddət mayın 16-dək uzadılıb.
Qərarın enerji bazarlarında sabitliyin qorunması və artıq yüklənmiş həcmlərlə bağlı hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıdığı bildirilir.

Bizim.Media