ABŞ Prezidenti Donald Tramp uçan naməlum obyektlər (UNO) ilə bağlı sənədlərin məxfilikdən çıxarılması barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri Arizona ştatının Finiks şəhərində çıxışı zamanı bu barədə danışıb.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti bu mövzu ilə bağlı “çox maraqlı fayllar” aşkar edib və o artıq Pete Hegsetin rəhbərlik etdiyi Pentaqona materialların ictimaiyyətə açıqlanması tapşırığını verib.
“İlk yayımlar çox-çox yaxın zamanda başlayacaq”, – deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ-da UNO mövzusu uzun illərdir ictimai maraq doğurur və hökumət əvvəllər də bu sahə ilə bağlı bəzi sənədləri mərhələli şəkildə açıqlayıb.
Bizim.Media