ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İslam Respublikasının zənginləşdirilmiş uranından istifadə etmək və onu ABŞ-a ötürmək üçün "səssizcə" İrana daxil olacaq.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalında istinadla yazır.
Kanalın məlumatında qeyd olunub ki, Trampın sözlərinə görə, proses İslam Respublikasının "əməkdaşlığı" ilə həyata keçiriləcək.
Tramp Tehranla potensial razılaşmada nağd ödənişlərin olmayacağını bildirib.
Bizim.Media