İsrailin martın 2-dən bəri Livana endirdiyi zərbələr azı 2294 nəfərin ölməsi ilə nəticələnib.
Bizim.media bu barədə "Al Arabiya"ya istinadən xəbər verir.
Livanın Səhiyyə Nazirliyindən bildirilib ki, ilkin məlumatlara görə, İsrailin zərbələri nəticəsində, 274 qadın, 177 uşaq, eləcə də 100 tibb işçisi və xilasedici ölüb.
"Qurbanların yekun sayı dağıntılar təmizləndikdən, ölənlərin cəsəd qalıqları tapıldıqdan, DNT testləri aparıldıqdan və şəxsiyyətlər müəyyən edildikdən sonra hesablanacaq", - nazirlik vurğulayıb.
Bizim.Media