ABŞ-ın dövlət katibi Marko Rubio Livan prezidenti ilə Netanyahu arasında ilk videokonfransda vasitəçilik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cədid” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, danışıqlar üçtərəfli formatda baş tutacaq:
“Rubionun iştirakının əsas səbəbi onun Livan-İsrail münasibətlərində əsas nəzarətedici fiqur olmasıdı”.
Xatırladaq ki, aprelin 15-də Livan və İsrail birbaşa danışıqlara başlamaq barədə razılığa gəlib.
Danışıqların bu gün başlaması nəzərdə tutulur.
Bizim.Media