İran Prezidenti Məsud Pezeşkian İsrailin addımları və regionda artan gərginliklə bağlı dünya ölkələrinə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran prezidenti “X” hesabındakı paylaşımında bildirib.
O, beynəlxalq ictimaiyyəti mövcud böhrana qarşı qətiyyətli mövqe tutmağa çağırıb.
“Sionist rejimin mahiyyəti dövlət terrorçuluğuna əsaslanır, ancaq ABŞ-nin İrana qarşı təcavüzü və ali rəhbərin öldürülməsi ilə baş verənlər beynəlxalq münaqişələrə yeni bir yanaşmadır ki, bu da dünyanın hüquq sistemlərini məhv edəcək. Əgər beynəlxalq ictimaiyyət bu böhrana qarşı qətiyyətli olmasa, bu alovun atəşi çoxlarını yandıracaq”, - deyə, Pezeşkian paylaşımında vurğulayıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media