Ərdoğan Administrasiyasından İrana XƏBƏRDARLIQ – FOTO

"İrandan atılan və Türkiyəyə doğru irəlilədiyi aşkarlanan ballistik raket, Qaziantepin Şahinbey rayonu üzərində NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! İrandan Türkiyəyə növbəti raket hücumu - VİDEO


“Hadisə ilk andan etibarən bütün qurumlarımız tərəfindən yaxından izlənilib və lazımi müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib. Bu kontekstdə, Milli Müdafiə Nazirliyi başda olmaqla bütün müvafiq bölmələr tam koordinasiyalı şəkildə hərəkət edir. Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir.

Bölgədəki gərginliyin daha da artmasının və münaqişənin daha geniş əraziyə yayılmasının qarşısının alınması çox vacibdir.

Bir daha bütün tərəflərə, xüsusən də İrana regional təhlükəsizliyə təhlükə yarada biləcək və mülki şəxsləri təhlükəyə ata biləcək hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik.

Bu müddət ərzində vətəndaşlarımızdan və media resurslarımızdan ictimai panika yarada biləcək və ya dezinformasiya ehtiva edən təsdiqlənməmiş məzmuna qarşı diqqətli olmalarını və yalnız rəsmi orqanlarımızın verdiyi açıqlamalara etibar etmələrini xahiş edirik”, - deyə Bürhanəddin Duran vurğulayıb.

Xatırladaq ki, bu gün İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Raketin qalıqları Qaziantep vilayətinə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarıldı – QƏRAR

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Bakıda 9 mənzildən oğurluq edən şəxs həbs edildi – VİDEO

Güclü külək əsir - FAKTİKİ HAVA

Güclü külək əsir - FAKTİKİ HAVA

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Kredit BAĞLANIR, borc isə QALIR – Gizli komissiyalar vətəndaşları necə çətin vəziyyətə salır?

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

Vüsal Aslanovdan yeni TƏYİNAT – FOTO

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

Alman maşınları sevənlərə BƏD XƏBƏR – 2027-ci ilə qədər...

Alman maşınları sevənlərə BƏD XƏBƏR – 2027-ci ilə qədər...

Roma Papası: “Cibimdə Livanda ölən müsəlman uşağın şəklini daşıyıram...” – VİDEO

Roma Papası: “Cibimdə Livanda ölən müsəlman uşağın şəklini daşıyıram...” – VİDEO

End of content

No more pages to load

RADİO