“Xameneinin yerini Trampa o deyib” - Hər şeyi başladan zəng...

Ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla həlledici telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumatlı üç mənbəyə istinadən məqalə dərc edib.

Bildirilib ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun ən yaxın müşavirlərinin şənbə səhəri Tehranda bir araya gələcəyinə dair kəşfiyyat məlumatı təqdim edib, onların bir zərbə ilə hədəfə alına biləcəyini bildirib:

“Fevralın 23-də Ağ Evdən edilən və indiyədək açıqlanmayan bu zəng İranla müharibəyə aparan prosesdə dönüş nöqtəsi hesab olunur. Son günlər ABŞ-da qanunvericilər, MAGA (Make America Great Again) hərəkatının skeptikləri və dünya liderləri tərəfindən səsləndirilən “Niyə indi?” sualının cavabı da məhz bu məqamla əlaqələndirilir. Mənbələrə görə, Xamenei və yaxın ətrafı həm Vaşinqton, həm də Təl-Əviv üçün “qaçırılmamalı fürsət hədəfi” kimi qiymətləndirilib.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, 23 fevral danışığı iki lider arasında aylarla davam edən intensiv koordinasiyanın tərkib hissəsi olub. Müharibəyə aparan iki ay ərzində Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefonla danışıblar. ABŞ və İsrail zərbəni bir həftə əvvəl endirməyi nəzərdən keçirsə də, əlverişsiz hava şəraiti və əməliyyat səbəbləri planı təxirə salıb”, - “Axios” yazır.

Qeyd edilib ki, Trampın göstərişi ilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib:

“Mənbələr bildirir ki, prezident əvvəlcədən İrana zərbə endirməyə meyilli olsa da, vaxt məsələsində qəti qərar verməmişdi. Netanyahu ilə danışıqdan sonra hazırlıq sürətlənib. Lakin Tramp ilk olaraq növbəti gecə Konqresdə “Birliyin Vəziyyəti” ilə bağlı çıxışını edib.

ABŞ rəsmiləri qeyd edirlər ki, Tramp Ayətullahı təşvişə salmamaq və onu yeraltı sığınacaqlara çəkilməyə məcbur etməmək üçün İrana həddindən artıq diqqət yönəltməmək barədə “qəsdən” qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra qərar mərhələsinə keçilib.

Həmin gün Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ rəsmisinin sözlərinə görə, onlar Vaşinqtona diplomatiyanın nəticəsiz qaldığını bildiriblər:

“Əgər diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparardıq. Amma qarşı tərəf prezidentin qəbul edə biləcəyi sazişə hazır deyil”.

Bundan sonra Tramp iki məqamdan əmin olub: kəşfiyyat məlumatları möhkəmdir və diplomatik imkan tükənib. Cümə günü saat 15:38-də son əmr verilib. On bir saat sonra Tehrana zərbələr endirilib, Xameneinin öldürüldüyü və müharibənin başladığı bildirilib.

Məlumatlara görə, Tramp Netanyahunu yaxın tərəfdaş kimi görüb və İran məsələsində onunla sıx məsləhətləşib. Eyni zamanda, ilkin mərhələdə diplomatiyanı tam tükəndirməyə çalışıb. ABŞ rəsmisi bildirib ki, Ağ Ev paralel olaraq həm danışıqları, həm də birgə hərbi planlaşdırmanı davam etdirib.

Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq bildirib ki, əməliyyat “istənilən halda baş verməli idi” və bu, sadəcə zaman məsələsi idi. Onun sözlərinə görə, həmin həftəsonu təhlükəyə qarşı birgə tədbir üçün “unikal fürsət” yaranıb.

İsrail rəsmilərindən biri iddia edib ki, Tramp, əslində, yanvarın əvvəlində zərbə endirmək istəyib, lakin təxirə salmağı xahiş edən Netanyahu olub. Başqa mənbələr isə əksinə, Netanyahunun daha sürətli hərəkət üçün təşviqat apardığını bildirib. İlkin plan martın sonu və ya aprelin əvvəlinə nəzərdə tutulsa da, sürətləndirilmiş vaxt qrafiki administrasiyanı çətin vəziyyətə salıb. Ağ Ev müharibəyə ictimai əsaslandırmanı zərbələrdən sonra təqdim etməli olub.

ABŞ vətəndaşlarının bir qismi hücumlar barədə əvvəlcədən məlumatlandırılmadıqları üçün İranın mümkün cavab zərbələri fonunda bölgədə çətin vəziyyətdə qalıb. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili tədbirlər görüb. Jurnalistlərin niyə əvvəlcədən plan olmadığı barədə sualına Tramp “Çünki hər şey çox tez baş verdi” cavabını verib”.

“Axios”un məlumatına görə, İsrailin Vaşinqtondakı səfiri Yexiel Layter 23 fevral zənginin detalları barədə şərh verməkdən imtina edib, lakin Netanyahunun qərarı sürətləndirmək üçün xüsusi təşviqat apardığı iddialarını rədd edib:

“Onun sözlərinə görə, son bir ildə ABŞ və İsrail İran təhlükəsi ilə bağlı əvvəlkindən daha sıx əməkdaşlıq ediblər.

Tramp isə Netanyahunun Vaşinqtonu müharibəyə sürüklədiyi barədə iddiaları rədd edib:

“Biz bu insanlarla danışıqlar aparırdıq və mənim fikrimcə, onlar əvvəlcə hücum edə bilərdilər”.

Ağ Ev yayılan məlumatları təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməklə kifayətlənib. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub

“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

“Neftçi” 5 il sonra “Qarabağ”ı məğlub etdi

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Makron Ermənistana səfər edəcək...

Makron Ermənistana səfər edəcək...

İranda 21 yaşlı gənc edam edilib - FOTO

İranda 21 yaşlı gənc edam edilib - FOTO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

Hacı Əliyevin ad günündən yeni GÖRÜNTÜLƏR YAYILDI: Bu sənətçilər səhnə alıb! - FOTO/VİDEO

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

İranın zərbələri ABŞ-a məxsus hərbi bazalara CİDDİ ZİYAN vurub - KİV

Goranboyda ağacların arasından meyit tapıldı

Goranboyda ağacların arasından meyit tapıldı

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Aynişanın bu stili mübahisə yaratdı - FOTOLAR

Tiktoker ev dustaqlığına BURAXILDI

Tiktoker ev dustaqlığına BURAXILDI

End of content

No more pages to load

RADİO